Türkiyənin Afyonkarahisar şəhərində ağac kəsmə müəssisəsində baş verən yanğın 12 saatdan çoxdur ki, davam edir.
Yerli mətbuat xəbər verir ki, işlərə 60-dan çox yanğınsöndürmə briqadası cəlb olunub.
Alov demək olar ki, bütün fabrik binasını bürüyüb. Onun aradan qaldırılmasına güclü küləklər mane olur ki, bu da yanğının qonşu binalara və plastik məmulat istehsalı zavoduna keçməsi riskini yaradır. “TRT Haber” telekanalının məlumatına görə, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. Ehtimallara görə, yanğına elektrik naqillərinin nasazlığı səbəb olub. Lakin ekspertlər hələlik dəqiq versiyanı müəyyən edə bilməyiblər.
//Samir Qurbanov, Editor.az