Türkiyədə güclü ZƏLZƏLƏ OLDUbackend

Türkiyədə güclü ZƏLZƏLƏ OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə yeraltı təkanlar qeydə alınıb.

Editor.az “TRT Haber”ə istinadla xəbər verir ki, bu barədə Təbii Fəlakət və Fövqəladə Halların İdarə Olunması Nazirliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, Balıkəsir vilayətinin Dursunbəy rayonunda 4,7 bal gücündə zəlzələ baş verib. Yerli vaxtla saat 22:31-də baş verən təkanlar Bursa və İstanbulda da hiss olunub.

Zəlzələnin 11,49 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

AFAD heç bir mənfi məlumatın olmadığı barədə məlumat paylaşıb.

//Editor.az