Türkiyədə hakimi döyən keçmiş prezidentlə bağlı QƏRARbackend

Türkiyədə hakimi döyən keçmiş prezidentlə bağlı QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Superliqasının 15-ci turunda “Rizəsppor”la oyundan (1:1) sonra hakim Xəlil Meleri yumruqla vuran “Ankaragücü”nün sabiq prezidenti Faruk Qoca həbsdən buraxılıb.

Editor.az  publika.az-a istinadən xəbər verir ki, F.Qocanın vəkilləri istintaqın davam etdiyi müddət ərzində onun həbsdə qalmasına etiraz ediblər.

Etirazı dəyərləndirən Ankara Ağır Cəza Məhkəməsi F.Qocanın məhkəmə nəzarəti altında azadlığa buraxılmasına qərar verib.

Hakimin döyülməsinə görə F.Qoca ilə birlikdə həbs edilən Yunus Şahin və Kenan Çetinkayanın həbsi isə davam edir.