Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildibackend

Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə yol-nəqliyyat hadisəsində həlak olan azərbaycanlı jurnalist Emin İbrahimovun cənazəsi Bakıya gətirilib.

Editor.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə mərhumun atası Rəşid İbrahimov məlumat verib.

Emin İbrahimov bu gün Xırdalan qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimdə mərhumun ailə üzvləri, dostları və həmkarları iştirak ediblər.

Qeyd edək ki, 44 yaşında vəfat edən jurnalist “Euronews” telekanalında fəaliyyət göstərirdi.

O, xüsusilə 44 günlük Vətən müharibəsində hazırladığı reportajlarla tanınıb.