Türkiyədə iki bacı 15 dəqiqə fərqlə koronavirusdan öldü – FOTObackend

Türkiyədə iki bacı 15 dəqiqə fərqlə koronavirusdan öldü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Samsun şəhərində iki bacı bir-birindən 15 dəqiqə fərqlə koronavirusdan dünyasını dəyişib.

Editor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bacılardan biri “Çarşamba” dövlət xəstəxanasının laboratoriyasında, digəri isə həmin xəstəxananın yeməkxanasında işləyib.

Qeyd olunur ki, bacılar 1 ay əvvəl koronavirusa yoluxublar və evdə müalicə alıblar. Lakin bir müddət əvvəl onların vəziyyətləri pisləşib və “Çarşamba” xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. Buna baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, 36 yaşlı Elif Aydın Yamak 1, 43 yaşlı İlknur Ünal isə 4 uşaq anası olub.