Türkiyədə iki nazir istefa verdibackend

Türkiyədə iki nazir istefa verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə hökumətində iki nazir istefa verib. Türkiyə Səhiyyə Nazirliyinin rəhbəri Fahrettin Koca və Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki tutduqları vəzifələrindən gediblər.

Məmurların istefası artıq ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənib. O, öz sərəncamı ilə Kamal Memişoğlunu Səhiyyə Nazirliyinin rəhbəri vəzifəsinə təyin edib, Ətraf Mühit Nazirliyinə isə Murat Kurum rəhbərlik edəcək. Yüksək rütbəli məmurların istefalarının səbəbləri göstərilmir.

Qeyd edək ki, Kemal Memişoğlu 2016-cı ildən İstanbulda səhiyyə rəhbəridir, Murat Kurum isə 2018-2023-cü illərdə Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinə rəhbərlik edib.

//Samir Qurbanov, Editor.az