Türkiyədə iki Rusiya vətəndaşını öldürən şəxs Almaniyada yaxalandıbackend

Türkiyədə iki Rusiya vətəndaşını öldürən şəxs Almaniyada yaxalandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DPA xəbər verir ki, mayın 5-də Almaniya Federal Polisi 2023-cü ilin noyabrında Türkiyədə iki nəfəri öldürməkdə şübhəli bilinən 47 yaşlı Litva vətəndaşını saxlayıb.

Editor.az Türkiyənin Kent TV telekanalına istinadən bildirir ki, söhbət Bodrumda rus qadın İrina Dvizova və onun 15 yaşlı qızı Dayananın qətlindən gedir.

Telekanalın məlumatına görə, saxlanılan şəxsin adı Andrey Kuşleviçdir. Almaniya federal polisinin məlumatına görə, həmin şəxs sərhəd nəzarətindən keçərkən saxlanılıb. O, Praqadan Münhenə gedən avtobusda olub. Andrey Kuslevicə münasibətdə, qırmızı bildiriş var ki, bu da axtarışda olan şəxs aşkar edildikdə, onun ekstradisiyadan əvvəl həbs edilməsinin zəruriliyi deməkdir. Onun Türkiyəyə ekstradisiyası ilə bağlı qərarı Nürnberq prokurorluğu verməlidir.

Qeyd edək ki, 2023-cü il noyabrın sonunda Türkiyə mediası Bodrumda iki rus qadının – bir qadın və onun qızının cəsədinin tapıldığını bildirib. Daha sonra Rusiya Daxili İşlər Nazirliyinin axtarış bazasında litvalı Andrey Kuşleviçin adına vəsiqə peyda olub. İrina Dvizova keçmiş ərini valideynlik hüququndan məhrum etməyə çalışıb.

//Samir Qurbanov, Editor.az