Türkiyədə əhəmiyyətli qiymət artımları və inflyasiya il ərzində demək olar ki, 65%-ə yüksəlib. Ötən ilin noyabrından qiymətlər 64,9% artıb.
Editor.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Statistika İnstitutu yayıb. Mütəxəssislər yavaşlamanın 64,5% ətrafında baş verə biləcəyini proqnozlaşdırırlar. Kommunal xidmətlər üzrə ödənişlər 46%, nəqliyyat xidmətləri üzrə ödənişlər 77% artıb. Respublikada istirahət və əyləncələrin qiymətləri də təxminən 62 faiz bahalaşıb. Ərzaq məhsullarının qiymətlərində bahalaşma 70%-ə yaxınlaşıb.
Bundan əlavə, qeyd olunub ki, ötən ayla müqayisədə istehlak məhsullarının və xidmətlərin qiymətləri 6,7 faiz artıb. Nəhayət il ərzində türk istehsalçıları da öz məhsullarının qiymətlərini 44% artırıblar.
//Samir Qurbanov, Editor.az

