Türkiyədə intihar edən azərbaycanlının yaxınları axtarılır – FOTObackend

Türkiyədə intihar edən azərbaycanlının yaxınları axtarılır – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə intihar edən azərbaycanlı qadının yaxınları axtarılır.

APA xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Məlumata görə, 1994-cü il təvəllüdlü Zeynalova Gülzar Füzuli qızının meyiti Dənizli vilayətində aşkar edilib.

G.Zeynalovanın meyiti hüquq-mühafizə orqanları tərəfindən morqa təhvil verilsə də, hələ ki, yaxınlarından heç kim müəyyən edilməyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, məsələdən xəbərdardırlar: “Hazırda araşdırma aparılır”.

dddüüüÜÜRR.jpg (43 KB)