Türkiyədə iş saatları azaldılacaqbackend

Türkiyədə iş saatları azaldılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Əmək Məcəlləsində dəyişiklik ediləcək. Respublika hökuməti iş həftəsini qısaltmaq niyyətindədir.

Editor.az bildirir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb. Hazırda ölkədə iş həftəsi 48 saatdır, düzəlişlər qəbul edildikdən sonra bu, 35-40 saata endirilməlidir.

Qeyd olunur ki, hakimiyyət standartların eyni olması üçün əmək məcəlləsində bir neçə sahəni birləşdirmək niyyətindədir. 1936-cı ildə hüquqi reqlamentlər iş vaxtını – gündə 8 saat və həftədə 48 saat müəyyən edib. 2023-cü ildə hökumət iş vaxtını 45 saata endirmək niyyətində idi, lakin sektorlardakı fərqlərə görə bu dəyişikliklər bütün sənaye sahələrinə şamil edilməyib. Beləliklə, dənizçilik və media işçiləri həftədə 48 saat işləməyə davam ediblər. İşçilər ildə 270 saata qədər iş vaxtından artıq işləyə bilərlər.

Texnoloji sahənin inkişafı hesabına iş vaxtının azaldılması nəzərdə tutulur. Hakimiyyət, fəaliyyət sahəsindən asılı olmayaraq bütün işçilərə həftədə 40 saatdan çox işləməyə imkan verən hüquqi normalarla sənaye sahələri birləşdirməyi planlaşdırır. İşçilərin işə qəbulu, onlara verilən mükafatlar və iş vaxtından artıq işləmə qaydaları da dəyişdiriləcək.

//Samir Qurbanov, Editor.az