Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 36 nəfər saxlanılıbbackend

Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 36 nəfər saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə İslam Dövləti terror qruplaşması (İŞİD) ilə əlaqədə şübhəli bilinən 36 nəfərin saxlanıldığını açıqlayıb.

Editor.az bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya “Twitter” səhifəsində yazıb (X). Nazir bildirib ki, şübhəlilərin tutulması istiqamətində əməliyyatlar Türkiyənin 4 vilayətində aparılıb.

Onun sözlərinə görə, əməliyyatlar zamanı tüfənglər, dövlət qeydiyyatı olmayan tapançalar, külli miqdarda xarici valyuta və türk lirəsi, eləcə də külli miqdarda rəqəmsal material ələ keçirilib. Xatırladaq ki, mart ayında Türkiyə polisi yerli seçkilər ərəfəsində hücumlar hazırladığı iddia edilən 33 nəfəri saxlamışdı. Fevralın əvvəlində isə Türkiyədə polis İstanbulda məhkəmə binası yaxınlığında qadının ölümü ilə nəticələnən terror aktına cəhd etməkdə şübhəli bilinən 40 nəfəri zərərsizləşdirmişdi.

//Samir Qurbanov, Editor.az