Türkiyədə İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 30 nəfər saxlanıldıbackend

Türkiyədə İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 30 nəfər saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Respublikasının daxili işlər naziri Əli Erlikaya İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 30 nəfərin saxlanıldığını açıqlayıb.

Nazir X sosial şəbəkəsindəki səhifəsində bildirib ki, cinayətkarların tutulması əməliyyatı Türkiyə xüsusi xidmət orqanları tərəfindən ölkənin 7 vilayətində həyata keçirilib.

Bir müddət əvvəl Türkiyə Müdafiə Nazirliyinin rəhbəri Yaşar Gülər demişdi ki, Ankara ölkədə terrorla mübarizəyə onun kökünü qazımaqla başlayıb. Bu məqsədlə antiterror strategiyası dəyişdirilib.

//Samir Qurbanov, Editor.az