Türkiyənin Şanlıurfa bölgəsində üç gün əvvəl balıq tutmaq məqsədi ilə gölə yollanan iki balıqçının axtarışları davam etdirilir.
“Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, itkin düşən şəxslərin axtarışına xilasetmə xidmətinin əməkdaşlarından əlavə, yerli sakinlər də qoşulub.
Yerli sakinlər zəncirvari şəkildə bir-birinin əlindən tutaraq göldə batan balıqçıların axtarışına kömək ediblər.
Bütün səylərə rəğmən, balıqçıların taleyi hələlik bəlli deyil.

