Türkiyədə bu gün daha 72 nəfər koronavirusdan ölüb.
Editor.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, Türkiyədə koronavirusdan indiyədək 9224 nəfər ölüb. Yoluxma sayı 347 493-dür. Bu gün daha 1504 xəstə evə buraxılıb. Bununla da koronavirusdan sağalanların sayı 304 003 nəfərə çatıb.


