Türkiyədə koronavirusdan daha 995 nəfər sağalıbbackend

Türkiyədə koronavirusdan daha 995 nəfər sağalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə son 24 saat ərzində daha 26 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Editor.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 6 209 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 491 yeni yoluxma halı qeydə alınıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 995 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 240 792 nəfər təşkil edir.