Türkiyədə mədəndə qəza baş verib: insan tələfatı varbackend

Türkiyədə mədəndə qəza baş verib: insan tələfatı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin şimalında mədəndə baş verən qəza insan tələfatına səbəb olub.

Editor.az Türkiyə mediasına istiandən xəbər verir ki, Zonquldağ vilayətində mədənlərdən birində çökmə baş verib. “A haber” telekanalının məlumatına görə, 14 nəfər yerin altında qalıb. İndiyədək bir cəsəd tapılıb.

Vilayət rəhbəri Osman Hacıbektaşoğlu bildirib ki, qəza zamanı mədəndə 280 işçi olub. Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

//Samir Qurbanov, Editor.az