Türkiyədə meşə yanğını olubbackend

Türkiyədə meşə yanğını olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Adana vilayətində meşə sahəsində yanğın baş verib.
Editor Trend-ə istinadən bildirir ki, yanğın Karaisalı rayonu yaxınlığında şam meşəsində olub.

Hadisə yerinə 30 suvarma maşını, 10 su sisterni, 2 helikopter, 2 buldozer və 1 qreyder göndərilib. Jandarmeriya briqadaları yanğın bölgəsinə aparan yolu bağlayıb.

Təxminən 5 saatdan sonra yanğınsöndürənlər yanğını nəzarət altına alıblar.