Türkiyədə Ataşehir Kozyatağı E-5 avtomobil yolunda cərrahi xalat geyinmiş və üzündə yaralar olan şəxs görüntülənib.
Bu barədəOxu.Az”Milliyet.com.tr”yə istinadən bildirir.
İddiaya görə, üzərində cərrahi paltar olan kişi metrlərlə məsafədə addımlayıb. Arxadan gələn nəqliyyat vasitəsinin sürücüsü səs siqnalına basaraq kişiyə xəbərdarlıq etmək istəyib, lakin o, siqnala fikir vermədən addımlamağa davam edib. Ətrafdakı insanlar vəziyyətlə bağlı sağlamlıq qruplarına xəbər veriblər.
Hadisə yerinə təcili yardım maşını göndərilib və yaralı şəxs sağlamlıq qrupları tərəfindən xəstəxanaya aparılıb.
Baş verən hadisə bir sürücü tərəfindən cib telefonu ilə lentə alınıb.

