Türkiyədə naməlum şəxs yeməkxananı gülləbaran etdibackend

Türkiyədə naməlum şəxs yeməkxananı gülləbaran etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin cənub-qərbində yerləşən Dənizli vilayətində bu gün naməlum şəxslər atəş açıb, 7 nəfər yaralanıb, onlardan ikisi ağırdır.

Editor.az bildirir ki, Türkiyənin NTV telekanalı xəbər verir. Xəbərə görə, Dənizlidə iki nəfər Pamukkale Universiteti Xəstəxanasının təcili yardım şöbəsinin girişindəki yeməkxanaya atəş açıb.

Məlum olub ki, yeddi nəfər güllə yarası alıb, onlardan ikisi ağırdır, zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilib. Atəş açanların özləri cinayət yerindən qaçıblar. Hazırda hadisə yerində çoxlu polis əməkdaşları və müstəntiqlər işləyir, cinayətkarların axtarışı davam edir, – deyə telekanal aydınlıq gətirib.

//Samir Qurbanov, Editor.az