Türkiyədə neft kəməri partladı – VİDEObackend

Türkiyədə neft kəməri partladı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonundan keçən neft boru kəmərində irimiqyaslı partlayış baş verib.

Partlayış sonrası yaranan şiddətli yanğın səbəbindən Qaziantep-Kahramanmaraş yolunda nəqliyyatın hərəkəti dayandırılıb.

Hadisə böyük panikaya səbəb olub. Hazırda ərazidə müvafiq xidmətlər yanğının söndürülməsinə çalışır.

İnsidentin səbəbləri barədə məlumat verilmir.

Mənbə: “Haber Global”