Türkiyədə növbədənkənar prezident seçkiləri gözlənilirmi?backend

Türkiyədə növbədənkənar prezident seçkiləri gözlənilirmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyədə növbədənkənar prezident seçkiləri olmayacaq. Rəcəb Tayyib Ərdoğan prezidentlik müddətinin sonuna qədər ölkəyə rəhbərlik edəcək”.

Editor.az xəbər verir ki, bunu Türkiyə liderinin müşaviri Mehmet Uçum X sosial şəbəkədəki səhifəsində yazıb. Onun sözlərinə görə, prezident idarəetmə sistemində bələdiyyə seçkilərinin nəticələri hökumət və parlament qarşısında seçki tələbləri yarada bilməz.

“Hətta parlament sistemində yerli seçkilərin ümumi seçkilərə təsiri məsələsi çox nadir hallarda həll olunur və prezident idarəetmə sistemində belə təsirin olacağını düşünmək boş xəyaldır. Bu cür fantaziyaları xəyal edənlər ola bilər, amma sistem belə təsəlliləri rədd edir”, – Mehmet Uçum deyib.

Müşavir vurğulayıb ki, növbədənkənar seçkilərlə bağlı bələdiyyə məclislərində partiyaların səsvermə nisbətinə əsaslanaraq hesablama aparanların cəhdləri yesizdir.

O əlavə edib ki, Türkiyə hazırkı dövlət başçısının səlahiyyət müddəti başa çatana qədər – 2028-ci ilə qədər bütün sahələrdə islahatlar siyasəti aparacaq: “Prezident Ərdoğan müstəqil və güclü Türkiyə perspektivindən asılı olaraq Türkiyəni yeni mərhələlərə aparacaq, ölkəyə rəhbərlik edəcək. Buna heç kimin şübhəsi olmasın”, – Mehmet Uçum vurğulayıb.

//Samir Qurbanov, Editor.az