Türkiyədə növbədənkənar prezident seçkiləri gözlənilirmi?backend

Türkiyədə növbədənkənar prezident seçkiləri gözlənilirmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə növbədənkənar prezident seçkiləri olmayacaq. Rəcəb Tayyib Ərdoğan prezidentlik müddətinin sonuna qədər ölkəyə rəhbərlik edəcək.

Editor.az bildirir ki, bunu Türkiyə liderinin müşaviri Mehmet Uçum X sosial şəbəkədəki səhifəsində yazıb. O qeyd edib ki, prezident sistemi bələdiyyə seçkilərinin nəticələrinə əsasən hökumət və parlament qarşısında seçki tələbləri yarada bilməz.

“Hətta parlament sistemində yerli seçkilərin ümumi seçkilərə təsiri məsələsi çox nadir hallarda həll olunur və prezident sistemində belə təsirin olacağını düşünmək boş xəyaldır. Bu cür fantaziyaları xəyal edənlər ola bilər, amma sistem belə təsəlliləri rədd edir”, – Mehmet Ucum deyib. Müşavir vurğulayıb ki, növbədənkənar seçkilərlə bağlı bələdiyyə məclislərində partiyaların səsvermə nisbətinə əsaslanaraq hesablama aparanların cəhd etməsinə ehtiyac yoxdur.

O əlavə edib ki, Türkiyə hazırkı dövlət başçısının səlahiyyət müddəti başa çatana qədər – 2028-ci ilə qədər bütün sahələrdə islahatlar siyasəti aparacaq: “Prezident Ərdoğan müstəqil və güclü Türkiyə perspektivindən asılı olaraq Türkiyəni yeni mərhələlərə aparacaq, ölkəyə rəhbərlik edəcək. Buna heç kimin şübhəsi olmasın”, – Mehmet Ucum vurğulayıb.

//Samir Qurbanov, Editor.az