Türkiyədə növbəti avtobus qəzasıbackend

Türkiyədə növbəti avtobus qəzası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çərşənbə günü axşam saatlarında Kırıkkale-Kırşehir avtomobil yolunda sərnişin avtobusu minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində 22 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Editor.az xəbər verir ki, bu barədə Türkiyənin TRT Haber portalı məlumat yayıb. Zərərçəkənlərdən birinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə çoxlu sayda təcili yardım briqadaları göndərilib.

Bütün zərərçəkənlər dərhal şəhər xəstəxanalarına çatdırılıb. KİV-in məlumatına görə, qəzanın baş verdiyi magistral tamamilə bağlanıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tıxacın qısa müddətdə aradan qaldırılmasına nail olub və avtomobillərin hərəkəti bərpa edilib.

//Samir Qurbanov, Editor.az