Türkiyədə növbəti rekord qeydə alındı – FOTObackend

Türkiyədə növbəti rekord qeydə alındı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə COVID-19-dan gündəlik ölümlə bağlı ən yüksək göstərici qeydə alınıb, son sutka ərzində ölkədə 196 nəfər virusun səbəb olduğu ağırlaşmalar səbəbindən vəfat edib.

Publika.az xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib ki, son 24 saatda 178 903 nəfər koronavirus testindən keçib, 6128 xəstənin testi pozitiv çıxıb, ümumilikdə isə simptomları da müəyyən edilməyənlərlə birlikdə 31 896 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Ağır xəstə sayı dünənlə müqayisədə azalaraq 5800 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 533 198 nəfər COVID-19 infeksiyasına yoluxub, onlardan 14 705 nəfəri ölüb.

Loading...