Türkiyədə ofisiant baş aşpazı girov götürüb boğazını kəsdi – FOTO/VİDEObackend

Türkiyədə ofisiant baş aşpazı girov götürüb boğazını kəsdi – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Antalyada restoranların birində ofisiant çalışan Kamil Tarık baş aşpaz Lütfü Salmanın boğazına bıçaq dayayaraq onu girov götürüb.

Editor.az“Haber Global”a istinadla xəbər verir ki, o, restoran sahibinin sığorta haqqını ödədiyinə görə belə bir əmələ əl atdığını bildirib.

Kamil bu işdə baş aşpazın heç bir gönahının olmadığını da qeyd edib.

Dörd saat ərzində girovun azad edilməsilə bağlı cinayətkarla aparılan söhbətlər fayda verməyib. Salman Kamilin ani yayınmasından istifadə edərək, onun əlindən yaxa qurtarıb. Əraziyə çağırılmış polis xüsusi təyinatlıları ofisiantı zərərsizləşdirib.

Boğazı yüngül şəkildə kəsilərək xəsarət alan aşpaz xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Facebook Notice for EU! You need to login to view and post FB Comments!