Türkiyənin şimal-qərbində, Kocaeli rayonunda yaşayış binasının bir hissəsi partlayıb. Bundan sonra orada yanğın başlayıb.
Editor.az xəbər verir ki, bu barədə mətbuat yazıb. “Kocaelidə binalardan birində naməlum səbəbdən partlayış baş verib. Partlayışdan sonra yanğın başlayıb və məlum olduğu kimi hadisə nəticəsində çoxlu sayda insan xəsarət alıb”, – Türkiyə nəşri bildirir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları: yanğınsöndürənlər, həkimlər və polislər gəlib. Onlar çağırışa vaxtında reaksiya veriblər.
//Samir Qurbanov, Editor.az

