Türkiyədə bu dəfə polis əməkdaşlarını daşıyan mikroavtobusun iştirakı ilə avtomobil qəzası baş verib.
Editor.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, hadisə Hatay vilayətində baş verib – naməlum səbəbdən mikroavtobus yoldan çıxaraq aşıb, xəsarət alan 11 polis əməkdaşı xəstəxanalara çatdırılıb.
Hadisə yerinə gələn müstəntiqlər hadisənin səbəblərini müəyyənləşdirmək üçün işləyirlər.
//Samir Qurbanov, Editor.az

