Türkiyədə Prezident seçkiləri: “Heç bir beynəlxalq güc türk xalqının iradəsinə təsir edə bilməz”- ŞƏRHbackend

Türkiyədə Prezident seçkiləri: “Heç bir beynəlxalq güc türk xalqının iradəsinə təsir edə bilməz”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyədə keçiriləcək prezident seçkiləri təkcə Azərbaycan deyil, ümumiyyətlə region üçün çox əhəmiyyətlidir”.

Bu fikirləri Editor.az-a Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu Türkiyədə keçiriləcək prezident seçkilərində namizədlər arasında üstünlüyün kimdə olduğunu şərh edərkən bildirib.

 

Onun sözlərinə görə, hazırda prezident Rəcəb Tayyib Ərdoğanın ən güclü rəqibi CHP sədri Kamal Kılıçdaroğludur:

“Namizədlərin hər ikisi güclü siyasi xadimlərdir və türk dünyasına bağlıdırlar. Qardaş türk xalqının seçimlərinə hörmətlə yanaşmalıyıq. Azərbaycan və Türkiyə dostluğunu hər hansı siyasi fiqurun adına bağlamaq düzgün deyil. Ona görə də ölkə rəhbərliyində kimin təmsil olunmasından asılı olmayaraq bu münasibətlər dəyişməyəcək. Namizədlər tərəfindən 14 maya qədər bir çox açıqlamalar səsləndiriləcək. Bu, seçki yarışıdır. Rəqiblər də bir-birilərinə qarşı hansısa fikirləri səsləndirə bilərlər”.

A.Şakiroğlu hesab edir ki, çox az fərqlə Rəcəb Tayyib Ərdoğan qalib gələcək:

“ İkinci turda da seçkidə iştirak edən digər namizədlərin mövcud prezidentin namizədliyini müdafiə etməsini gözləyirəm. Heç bir beynəlxalq güc türk xalqının iradəsinə təsir edə bilməz. Biz buna 2016-cı ildə şahid olmuşuq. Həmin vaxt Rəcəb Tayyib Ərdoğan iqtidarını devirməyə cəhd edən FETÖ terror təşkilatına aid olan silahlı dəstələr qiyam qaldıraraq hərbi çevrilişə cəhd etmişdilər.  Türk xalqının bu plana reaksiyasını da görmüş olduq. Onlar ağı qaradan seçə bilir. Buna görə də heç bir narahatlığa səbəb yoxdur”.

//Safura Bənnayeva, Editor.az