Türkiyədə prezident seçkilərinin ikinci turu başlayıbbackend

Türkiyədə prezident seçkilərinin ikinci turu başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə prezident seçkilərinin ikinci turu üzrə səsvermə başlayıb.

Oxu.Az xəbər verir ki, mayın 28-də yerli vaxtla səhər saat 08:00-da seçki məntəqələri açılıb.

Prezident vəzifəsi uğrunda 2 namizəd mübarizə aparır. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğludur.

“Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.