Türkiyədə qəribə hadisə: öldü, dirildi və yenə öldübackend

Türkiyədə qəribə hadisə: öldü, dirildi və yenə öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda yaşlı bir sakinin dəfn mərasimi qeyri-adi şəkildə başa çatıb.

Fövqəladə hadisə Fatih bölgəsində baş verib. Orada 81 yaşında dünyasını dəyişən Halit Bayşunun dəfn mərasimi keçirilib.

Və bir anda tabutdan qışqırıqlar eşidilməyə başlayıb. Dəfn mərasimində iştirak edənlər təcili yardım çağırıblar. Həkimlər mərhumun vəziyyətini yoxlayıblar – onun hələ sağ olduğu və ürəyinin döyündüyü məlum olub. Yaşlı kişiyə ürək masajı edilib və xəstəxanaya aparılıb. Sağ qalan şəxs xəstəxanaya çatdırılıb. Lakin həkimlər onu xilas edə bilməyiblər və Bayşu ölüb.

//Samir Qurbanov, Editor.az