Türkiyədə qurulması planlaşdırılan təbii qaz mərkəzi ilə bağlı Rusiyadan açıqlamabackend

Türkiyədə qurulması planlaşdırılan təbii qaz mərkəzi ilə bağlı Rusiyadan açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya baş nazirinin müavini Aleksandr Novak Türkiyədə qurulması planlaşdırılan təbii qaz mərkəzinin yol xəritəsinin yaxın vaxtlarda müəyyən ediləcəyini və bunun gələn il həyata keçirilməsinin gözlənildiyini bildirib.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya baş nazirinin müavini Aleksandr Novak Türkiyədə qurulması planlaşdırılan təbii qaz mərkəzinin yol xəritəsinin yaxın vaxtlarda müəyyən ediləcəyini və bunun gələn il həyata keçirilməsinin gözlənildiyini bildirib: “Biz layihəni gələn il həyata keçirəcəyimizə ümid edirik”.

Novak həmçinin bildirib ki, Rusiya bu il “Sibir 1” boru kəməri ilə Çinə 22 milyard kubmetr təbii qaz ixrac edəcək.

“Sibirin Gücü 2” boru kəməri layihəsi üzrə razılaşmaların son mərhələyə yaxınlaşdığını bildirən Novak bu layihə sayəsində tədarük qabiliyyətinin artacağını qeyd edib.

//Səbinə Hüseynli, Editor.az