Türkiyədə Rusiya ilə Qərb arasında qeyri adi əsir mübadiləsibackend

Türkiyədə Rusiya ilə Qərb arasında qeyri adi əsir mübadiləsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Milli Kəşfiyyat İdarəsi Rusiya, Belarus və 5 Qərb ölkəsi arasında əsir mübadiləsində 26 nəfərin iştirak etdiyini bildirib. Onlardan ikisi azyaşlıdır.

Qeyri-rəsmi məlumata görə, bunlar Sloveniyada casusluqda ittiham olunan Artyom və Anna Dultsevlərin övladlarıdır. Türkiyə kəşfiyyatının məlumatına görə, mübadilədə iştirak edən ölkələr: Rusiya, Belarus, həmçinin ABŞ, Almaniya, Polşa, Sloveniya və Norveç. Türk kəşfiyyatı vasitəçi kimi çıxış edib. Mübadilə Ankara hava limanının ərazisində baş tutub.

Türkiyə departamentinin məlumatına görə, ikisi azyaşlı olmaqla, dəyişdirilən on şəxs Rusiyaya gedəcək. Qərbə köçürülənlərdən 13-ü Almaniyaya, üçü ABŞ-a gedəcək. Kəşfiyyatın açıqlamasını Türkiyə mediası, xüsusən də TRT Haber telekanalı yayıb.

//Samir Qurbanov, Editor.az