Türkiyədə rusiyalıların məktəbi niyə bağlanır?: Siyasi motiv, yoxsa..?backend

Türkiyədə rusiyalıların məktəbi niyə bağlanır?: Siyasi motiv, yoxsa..?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Antalya şəhərində qanunsuz fəaliyyət göstərən rusiyalıların iki məktəbinin bağlanması barədə qərar qəbul edilib. Bu barədə Türkiyə KİV-i məlumat yayıb. Bildirilib ki, təhsil müəssisələrindən birinin fəaliyyəti artıq dayandırılıb. Digəri haqqında isə məhkəmə tərəfindən icranın dayandırılması barədə qərar verilib. Həmçinin fəaliyyəti qanunsuz hesab edilən, rusiyalılara və ukraynalılara aid daha bir neçə məktəb və uşaq bağçası haqqında da araşdırmalar başlanıb.

Siyasi analitik Kənan Novruzov Editor.az-a bildirib ki, avqustun 26-da Antalya şəhərində rusiyalı və ukraynalılara aid üç qanunsuz məktəb aşkar edilmişdi:

“Məlumata görə, həmin təhsil müəssisələrində Türkiyənin məktəbləri tənqid edilirdi. Bir ölkənin məktəbi digər ölkədə fəaliyyət göstərən zaman ev sahibinin qanunvericiliyinə uyğunlaşmalıdır. Görünən budur ki, sözügedən məktəblər Türkiyənin qanunvericiliyinə, o cümlədən “təhsil haqqında qanunu”na etinasız yanaşıb. Yəqin ki, rəsmi Ankaranın bu istiqamətdə işləri davam edəcək. Yaxın günlərdə yeni qanunsuz məktəblərin aşkarlanması və onlara qarşı hüquqi prosedurun həyata keçirilməsi mümkündür.
Amma bu məsələnin Rusiya- Türkiyə xəttində hansısa gərginliyə səbəb ola biləcəyini düşünmürəm. Xüsusilə nəzərə almaq lazımdır ki, sözügedən təhsil müəssisələri böyük ehtimalla özəldir.

Bundan başqa Türkiyədə həm də ukraynalıların məktəblərinə qarşı araşdırmaların başlanması Rusiyanı bu məsələdə loyallaşdıra biləcək məqam kimi çıxış edə bilər. Rəsmi Moskva məsələyə münasibət bildirsə belə, bu, aşağı səviyyədə olacaq. Düşünmək olar ki, heç Rusiya da bu məsələni qabartmaqda maraqlı deyil”.

//Gülnarə Abasova, Editor.az