Türkiyədə Rusiyanın NTV kanalının əməkdaşları saxlanılıb – FOTObackend

Türkiyədə Rusiyanın NTV kanalının əməkdaşları saxlanılıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə Rusiyanın NTV kanalının “Mərkəzi Televiziya” verilişinin əməkdaşları saxlanılıb.

Bu barədə kanalın özü xəbər yayıb.

Bildirilir ki, dekabrın 3-də müxbir Aleksey Petruşko və operator İvan Malışkin İstanbulda polis tərəfindən nəzarətə alındıqları barədə redaksiyaya xəbər veriblər. Sonra onlarla əlaqə kəsilib.

Moskva vaxtı ilə saat 21:00-da Aleksey Petruşko qısa bir SMS göndərməyə imkan tapıb.

“Nə səbəbdənsə bizi hələ də saxlayırlar”, – deyə ismarıcda bildirilib.

Bundan sonra yenidən onlarla əlaqə yaratmaq mümkün olmayıb; nə zənglərə, nə də mesajlara cavab verilib.

 

“NTV televiziya şirkəti, vəziyyəti aydınlaşdırmaq üçün Rusiya Xarici İşlər Nazirliyi və Rusiyanın Türkiyədəki Baş Konsulluğu ilə sıx təmasdadır”, – deyə kanaldan bildirilib.