Türkiyədə Rusiyaya məxsus gəmi yanıbbackend

Türkiyədə Rusiyaya məxsus gəmi yanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gecə İstanbulda Rusiya bayrağı altında üzən balıqçı gəmisinin kokpitində yanğın baş verib, Editor.az bildirir ki, bu barədə Türkiyə mediası yazıb.

Xəbərə görə, Tuzla Aydıntəpə ərazisindəki gəmiqayırma zavodunda təmir işləri aparılan “Ester” gəmisində baş verən yanğın qısa zamanda gəminin digər ərazilərinə də keçib. Yanğını söndürmək üçün Tuzla, Pendik, Kartal və Orxanlıdan yanğınsöndürmə briqadaları gəlib və onlar yanğından bir neçə saat sonra, saat 22:00-a kimi yanğının öhdəsindən gəliblər. Söndürmə müddətində gəminin 66 rusdan ibarət heyəti başqa bir gəmiyə – Baltic Spit-ə göndərilib.

Rusiya Baş Konsulluğundan verilən məlumata görə, xoşbəxtlikdən ölən olmayıb. Gəminin özünün nə qədər zərər çəkdiyi hesabatda göstərilməyib.

//Samir Qurbanov, Editor.az