Türkiyədə rusları daşıyan avtobus aşdıbackend

Türkiyədə rusları daşıyan avtobus aşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Antalya vilayətinin Manavqat şəhəri yaxınlığında Rusiyadan gələn turistlərlə dolu avtobus sürüşərək yoldan çıxıb.

İHA agentliyinin verdiyi xəbərə görə, avtobus 25 rusiyalı turistlə Antalya hava limanından çıxıb. Manavqat bölgəsində sürücü idarəetməni itirib, avtobus yoldan çıxaraq banan istixanalarının yaxınlığında aşıb. İlkin məlumata görə, sürücü və 18 rusiyalı yaralanıb.

Onlar dərhal xəstəxanaya yerləşdirilib. Yaralıların nə qədər ciddi olduğu açıqlanmır. Avtobus sürücüsünün idarəetməni itirməsinin səbəbi hələlik ekspertlər tərəfindən müəyyən edilməyib.

//Samir Qurbanov, Editor.az