Türkiyədə sel fəakəti nəticəsində ölənlərin sayı artdıbackend

Türkiyədə sel fəakəti nəticəsində ölənlərin sayı artdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölkənin cənub-şərqində baş verən sel fəlakəti nəticəsində ölənlərin sayının artdığını bildirib. Son məlumatlara görə, 15 nəfər ölüb, beş nəfər isə itkin düşüb.

Editor.az-ın daha əvvəl bildirdiyi kimi, güclü yağışdan sonra əyalətlərdə yüzlərlə evi su basıb, evlər və körpülər dağılıb. Bəzi yerlərdə hərəkət yalnız qayıqla mümkün olub. Hazırda əhali təhlükəsiz ərazilərə təxliyə edilir.

Xilasetmə işlərinə Fövqəladə Hallar Departamentinin ordu hissələri və qüvvələri də cəlb olunub. Hava proqnozlarına görə, Adıyaman və Şanlıurfa vilayətlərində yağıntıların davam edəcəyi, bununla əlaqədar yeni daşqın və sellərin olacağı istisna edilmir.

 //Samir Qurbanov,Editor.az