Türkiyədə səslərin hesablanması davam edir: Xaricdən gələn 1,5 min, ölkə daxilində isə 27 səsvermə qutusu hələ açılmayıbbackend

Türkiyədə səslərin hesablanması davam edir: Xaricdən gələn 1,5 min, ölkə daxilində isə 27 səsvermə qutusu hələ açılmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə keçirilən prezident seçkilərində 192 mindən çox seçki qutusundakı bülletenlərin 99,3 faizi hesablanıb.

Editor.az bildirir ki, bu barədə Türkiyə Ali Seçki Komissiyasının sədri Əhməd Yener məlumat verib. Onun sözlərinə görə, ölkə daxilində isə 27 seçki qutusu açılmayıb. Xaricdən gələn seçki qutularındakı səslərin 84 faizi hesablanıb, 1,5 mindən çox qutu isə hələ açılmayıb.

Onun sözlərinə görə, “Yerli vaxtla saat 09.45-də səslərin nisbəti belə olub: Ərdoğan 49.4%, Kılıçdaroğluna 44.96%, Oğan 5.2%”. TRT və Anadolu dövlət agentliyinin onlayn yayımının məlumatları ölkə daxilində səslərin 100%-nin hesablandığını göstərir.

  //Samir Qurbanov,Editor.az