Türkiyədə sosial media qanunu qəbul edildi, Azərbaycanda da ehtiyac varmı?backend

Türkiyədə sosial media qanunu qəbul edildi, Azərbaycanda da ehtiyac varmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Hacıbəy Heydərli,

Mətbuat Şurası İdarə Heyətinin üzvü

Türkiyədə bu gündən etibarən “dezinformasiya ilə mübarizə qanunu” qüvvəyə minib. Qanunda diqqətçəkən məqamlar bunlardır:

– İnternet xəbər saytlarında çalışan şəxslər jurnalist hesab ediləcək və onlara da mətbuat kartı veriləcək.
– Sosial şəbəkələrdə və internet mediada uşaqların və yetirmələrin əxlaqını korlayan materiallar qanun pozuntusu hesab ediləcək.

nüfuzdan salmaq çox asandır.
Burada daha bir diqqəçəkən məqam isə ondan ibarətdir ki, cəmiyyətdə xaos, panika, təşviş yaradan məlumatlar paylaşan şəxslər çox vaxt “fake” profildən istifadə edir və bu yolla kimliyini gizlətməyə çalışırlar. Bu tip məlumatların qarşısını almaq məqsədilə Türkiyədə sosial şəbəkələrin ofisinin açılması tələb kimi qoyulub. Çünki biz çox vaxt görürük ki, “facebook”, “tvitter”, “instagram” kimi sosial şəbəkələr rəsmi ofisi və ya nümayəndəliyi olmayan ölkələrdən gələn şikayətlərə etinasız yaraşır, onların müraciətlərini görməzdən gəlir. Bu da bir çox hallarda dezinfotmasiyaların, saxta xəbərlərin daha geniş arenaya yayılmasına şərait yaradır.
Sosial şəbəkələrin Türkiyədə rəsmi ofisi açılandan sonra “fake” və ya “trol” profilləri tapmaq da asanlaşacaq və bununla sosial mediadakı xaosun qarşısı alınmış olacaq.
Çox istərdim ki, analoji addım ölkəmizdə də atılsın, xüsusən “facebook”un Azərbaycanda ofisi və ya nümayəndəliyi açılsın. Biz bu yollla dezinformasiyaların, saxta xəbərlərin qarşısını ala bilərik. Azərbaycanın qanunları çərçivəsində fəaliyyət göstərən nümayəndəlik şikayətlərə də etinasız yaraşmaz. Bundan isə qazanan dövlətimiz və cəmiyyətimiz olar.