Türkiyənin Antalya şəhərində məşhur vəkil Əli İhsan Öztürk evində ölü tapılıb.
Editor.az bu barədə maşet.az-a istinadən xəbər verir.
Məlumata görə, onun keçmiş həyat yoldaşı Əli İnsan Öztürkdən xəbər ala bilmədiyi üçün polislərə məlumat verib.
Xəbər verildikdən sonra əraziyə polis və həkim briqadası göndərilib.
Müayinədən sonra həkim qrupu Öztürkün öldüyünü müəyyən edib.
Faktla bağlı araşdırma aparılır.