Türkiyədə Ukrayna ilə imzalanmış mühüm sənəd qüvvəyə minibbackend

Türkiyədə Ukrayna ilə imzalanmış mühüm sənəd qüvvəyə minib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Ukrayna ilə azad ticarət sazişini ratifikasiya edib.

Editor.az xəbər verir ki, bunu Ukrayna baş nazirinin birinci müavini Yuliya Sviridenko avqustun 2-də X sosial şəbəkəsində bildirib: “Biz perspektivli ticarət ssenarisi yaratmağa çalışırıq. Növbəti addım Ukrayna parlamentində ratifikasiyanı təmin etməkdir.

Bizim baxışımız hamı üçün bərabər şərait yaratmaq şərtilə və Rusiya istisna olmaqla, bütün Qara dəniz sahili dövlətlərini əhatə edən vahid iqtisadi zonanın yaradılmasını təşviq etməkdir. hamı üçün bərabər şərait yaradılıb” – deyə o yazıb.
2023-cü ildə Türkiyə ilə Ukrayna arasında ikitərəfli ticarətin həcmi 7,3 milyard dollar təşkil edib. Bunu Türkiyənin ticarət naziri Ömər Bolat avqustun 1-də Sviridenko ilə görüşdən sonra bildirib.

O, azad ticarət zonasının qısa müddətdə 10 milyard dollara çatdırılmasının gözlənildiyini vurğulayıb. Sviridenkonun sözlərinə görə, Türkiyə və Ukrayna əməkdaşlığı gücləndirməyə, ümumi maraqlara əsaslanaraq qarşılıqlı ticarət və investisiyaları artırmağa davam edəcək: “Türkiyə şirkətləri bu ilin yanvarında İstanbulda birgə imzaladığımız Ukraynanın bərpası üzrə Türkiyə-Ukrayna saxişinin həyata keçirilməsində fəal iştirak edəcək”, – Ömər Bolat əlavə edib.

//Samir Qurbanov, Editor.az