Türkiyədə uşağı basdıraraq həyatını qurtardılar – FOTObackend

Türkiyədə uşağı basdıraraq həyatını qurtardılar – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Ağrı vilayətində işıq dirəyinin üstündəki quş yuvasına baxmaq üçün çıxan uşağı elektrik cərəyanı vurub.

İHA məlumat verir ki, doqquz yaşlı Mərt Artan cərəyanın şiddətindən yerə çırpılıb.

Bu zaman ətrafdakı çobanlar uşağın bədənindəki elektrik enerjisini atmaq üçün onu torpağa basdırıblar.

Başından başqa bütün bədəni torpağa basdırılan uşaq bir müddət sonra ayılıb.

Xəstəxanaya çatdırılan uşağa 3-cu dərəcəli yanıq diaqnozu qoyulub. Altı gün reanimasiya şöbəsində qalan Mərtin müalicəsi xəstəxanada davam edir.

 

Loading...