Türkiyədə valyuta kursunun ciddi şəkildə dalğalanmasının ƏSAS SƏBƏBLƏRİ- İqtisadçı alimdən AÇIQLAMAbackend

Türkiyədə valyuta kursunun ciddi şəkildə dalğalanmasının ƏSAS SƏBƏBLƏRİ– İqtisadçı alimdən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

” Türkiyə kimi dövlətlərdə milli valyutaların ucuzlaşması daha çox obyektiv səbəblərlə bağlıdır”. Bu sözləri Editor.az-a açıqlamasında Sabiq deputat, iqtisadçı alim Nazim Bəydəmirli deyib.

Onun sözlərinə görə, iqtisadiyyatda valyuta dalğalanmasının təxminən 30 faiz səbəbi spekulativ amillərdir:

“Cəmiyyət arasında ajotaj yaranır, ehtiyacı olmayan insanlar belə gələcəkdə daha da bahalaşa bilmə ehtimalı ilə dollar almağa üstünlük verirlər.  Milli valyutanın ucuzlaşmasına 30 faiz bu amillər təsir edir. Belə hallarda sabitliyin yaradılacağı ilə bağlı mesajlar verilməsi investorları sakitləşdirə bilər. Çünki xarici investorlar pullarını sürətlə geri çəkir.  Türkiyədə valyuta kursunun ciddi şəkildə dalğalanmasının digər əsas səbəbləri isə siyasi mesajlarla bağlıdır.  Məlum məsələdir ki, monetar siyasətə təsir edən Mərkəzi Bankların müstəqilliyi olur. Türkiyə  hökuməti də daha çox Mərkəzi Banka təsir etdiyinə görə valyuta kursunda ciddi artım oldu, enmə isə spekulativ amillərin aradan qalxması ilə ola bilər”.

//Gülnarə Abasova, Editor.az