Türkiyədə vəfat edən xanım jurnalistin qardaşı da illər əvvəl faciəvi şəkildə ölüb – FOTObackend

Türkiyədə vəfat edən xanım jurnalistin qardaşı da illər əvvəl faciəvi şəkildə ölüb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün vəfat edən azərbaycanlı jurnalist Günel Cavadxan 4 il əvvəl qardaşı Yusif Məmmədovu itirib.

Editor.az  baku.ws-ə istinadən bildirir ki, o dənizdə boğulan uşaqları xilas edərkən suda batıb.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Yusif Məmmədov Xəzər rayonunda dənizin nəzarətsiz ərazisində boğulub.
Ailəli olan Yusifin qızı 16, oğlu isə 13 yaşındadır.
O ölkədəki banklardan birinin filial müdiri olub.

Məlumat üçün bildirək ki, Günel Cavadxan jurnalist fəaliyyəti ilə yanaşı PR-menecer kimi də çalışıb.
O ötən gün Türkiyədə beyninə qansızmadan vəfat edib.

Günelin nəşi İstanbuldan Bakıya gətirilib. Onun yas mərasimi Heydər məscidində baş tutacaq.