Türkiyədə yalnız bir hökumət var: millətin səlahiyyət verdiyi Prezident və onun kabineti – Rəcəb Tayyib Ərdoğanbackend

Türkiyədə yalnız bir hökumət var: millətin səlahiyyət verdiyi Prezident və onun kabineti – Rəcəb Tayyib Ərdoğan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə hakimiyyəti bələdiyyə seçkilərinin nəticələrindən dərs alacaq.

Bu sözləri ölkə prezidenti parlamentdə partiya iclasında çıxışı zamanı deyib: “Görürük ki, bunların yerli seçkilər olduğunu unudub, korrupsiyaya bulaşaraq, müxtəlif ambisiyalara qapılanlar, ölkəni idarə edəcəklərini düşünən yazıqlar var. Bəziləri ikili struktur yaratmağa çalışırlar – yerli idarəetmə və mərkəzi… Yalnız bir hökumət var və millətin ölkəni idarə etməyə səlahiyyət verdiyi Prezident və onun kabinetidir”, – Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı əlavə edib ki, hökumət son seçkilər zamanı ölkə xalqının verdiyi mesajı düzgün şərh edir: “Müxalifətin etdiyi kimi, rəqəmləri təhrif edib, əyərək təhlil etmək bizə yaraşmaz, biz hamıdan əvvəl xalqın mesajlarını düzgün oxumalıyıq” – Türkiyə lideri vurğulayıb. Xatırladaq ki, martın sonunda Türkiyədə indiki prezidentin rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyası bələdiyyə seçkilərində məğlub olmuşdu.

//Samir Qurbanov, Editor.az