Türkiyənin şimalındakı Ordu vilayətində 8 gün əvvəl yoxa çıxan Rusiya vətəndaşının cəsədi tapılıb.
Yerli hüquq-mühafizə orqanları araşdırmaya başlayıb. 57 yaşlı qadının ölüm səbəbi məlum deyil. “HaberTürk” yazır ki, qadının meyiti Boztəpə rayonundakı qoz bağında tapılıb.
Oktyabrın 8-də o, evdən gedib və daha sonra yoxa çıxıb. “Haberler” bildirib ki, həmin gün yaxınları polisə müraciət edib. Oktyabrın 15-də yerli sakinlər onun meyitini aşkar ediblər. Türkiyə mətbuatı xəbər verir ki, mərhum ailəli oub.
//Samir Qurbanov, Editor.az

