Türkiyənin Ərzurum şəhərində baş verən 5,1 bal gücündə zəlzələ nəticəsində 2 kənddə dağıntılar baş verib.
Editor.az xəbər verir ki, bu barədə səhiyyə naziri Faxrettin Koca “Twitter”dəki hesabında yazıb.
O, bildirib ki, zəlzələ zamanı 4 nəfər xəsarət alıb. Zəlzələ ilə bağlı bölgəyə 5 təcili tibbi yardım maşını, 27 səhiyyə işçisi cəlb olunub.
Qeyd edək ki, yeraltı təkanlar Köprüköy rayonunda yerli vaxtla saat 15:40-da qeydə alınıb.
Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyinin (AFAD) məlumatına görə, zəlzələ 12 saniyə davam edib. Ərzurum valisi Okay Memiş dağıntılar altında qalan 2 nəfərin sağ çıxarıldığını bildirib. Zəlzələdən sonra yüksəkliklərdən düşən qayalar Hınıs-Tekman yolunu bağlayıb.
Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar həmçinin Ağrı, Diyarbakır və Muş şəhərlərində də hiss olunub.
xxx
17:23
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib.
Editor.az xəbər verir ki, hadisə Ərzurum şəhərində qeydə alınıb.
Yeraltı təkanlar 6,9 kilometr dərinlikdə olub.
İtki və ya fəsad barədə məlumat yoxdur.
Publika.az

