Türkiyədə zəlzələ faciəsinin acı hekayələri davam edir – Azyaşlının meyiti atasına təhvil verildibackend

Türkiyədə zəlzələ faciəsinin acı hekayələri davam edir – Azyaşlının meyiti atasına təhvil verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kahramanmaraşın Onikisubat səmtində yaşadıqları mənzilin çökməsi nəticəsində ailəsi ilə birlikdə dağıntılar altında qalan Mukaddes Erva Aktaş 6 saat sonra yaralı halda çıxarılıb.

Editor.az musavat.com-a istinadən bildirir ki,qonşuları tərəfindən təcili yardıma təhvil verilərək xəstəxanaya çatdırılan Mukaddes Ervadan bir daha xəbər alınmayıb.

Zəlzələdən 20 gün sonra Mukaddes Ervanın qonşuları tərəfindən təcili yardıma çatdırılması anlarının video görüntüləri də ortaya çıxıb.

Məlum olub ki, atası Abdullah Aktaşın günlərlə axtardığı qızı Mukaddes Erva dünyasını dəyişib. Kahramanmaraşda xəstəxanaya aparıldıqdan qısa müddət sonra dünyasını dəyişən Mukaddes Ervanın yetimlər qəbiristanlığında torpağa tapşırıldığı müəyyən edilib. Prokurorluğun qərarı ilə eksqumasiya edilən Mukaddes Ervanın meyiti atasına təhvil verilib.