Türkiyədə zəlzələ nəticəsində zərər görmüş binalara giriş qadağan edilibbackend

Türkiyədə zəlzələ nəticəsində zərər görmüş binalara giriş qadağan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə ciddi ziyan dəymiş evlərə baş çəkməyə qadağa qoyulub.

Editor.az bildirir ki, bunu ölkənin daxili işlər naziri Süleyman Soylu deyib. O, vurğulayıb ki, yeni zəlzələ təhlükəsi davam etdiyi üçün binalara, o cümlədən şəxsi əşyalarını götürmək istəyənlərin girişinə məhdudiyyət qoyulması barədə qərar qəbul edilib.

Valilərə əşyaların daşınması ilə bağlı vəziyyəti nəzarətə götürmək tapşırılıb, çünki bu növ xidmətin qiymətləri çox artıb. Nazirin sözlərinə görə, səlahiyyətli orqanlar qeyri-adekvat qiymət artımı ilə qarşılaşsalar, müvafiq tədbir görüləcək. Bundan əlavə o, qeyd edib ki, Türkiyə yeraltı təkanlar nəticəsində ciddi ziyan dəymiş bütün binaları təcili şəkildə sökəcək.

  //Samir Qurbanov, Editor.az