Avqustun 17-də seysmoloqlar Türkiyənin cənub-şərqində yerləşən Adıyaman vilayətində zəlzələ qeydə alıblar.
Editor.az yerli KİV-in məlumatına istinadən bildirir ki, onun maqnitudası 4,1 olub. Yeraltı təkanlar saat 18:25-də Gəlbaşı ərazisində baş verib. Zəlzələnin fokusları 5,4 min metr dərinlikdə olub.
//Samir Qurbanov, Editor.az